Novak: "Neft bazarının tarazlanması 2018-ci ilin ortalarınadək uzana bilər"

Novak: "Neft bazarının tarazlanması 2018-ci ilin ortalarınadək uzana bilər"
17:42 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Neft bazarında tələb və təklifin tarazlanması 2018-ci ilin ortalarına qədər uzana bilər. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak gənclərin və tələbələrin festivalında verib.
"Ümid edirik ki, neft ehtiyatlarındakı azalma hazırkı templərlə davam edərsə, 2018-ci ilin ortalarında və ya I rübündə neft bazarında tarazlıq əldə olunacaq", - deyə Novak əlavə edib. 
Hazırda qlobal neft hasilatında artıq həcm müşahidə olunur. Bu durum ilin əvvəlindən davam edir. Lakin, OPEC+ anlaşması nəticəsində ehtiyatlarda azalma davam edir. Anlaşma imzalanan zaman neft ehtiyatları son 5 ilin orta səviyyəsini 330 mln. barel üstələyirdisə, hazırda bu, 2 dəfə azalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/novak-neft-bazarinin-tarazlanmasi-2018-ci-ilin-ortalarinadek-uzana-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR