Avropa İttifaqının binasında yenə tüstülənmə olub, zəhərlənənlər var

Avropa İttifaqının binasında yenə tüstülənmə olub, zəhərlənənlər var
18:17 18 Oktyabr 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Brüsseldəki binasında baş verən tüstülənmə nəticəsində əməkdaşlar zəhərlənib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın oktyabrın 18-də yaydığı bəyanatda vurğulanıb.
İşçilər ehtiyat tədbiri olaraq binadan təxliyyə edilib.
Hadisə binanın mətbəxində ventilyasiya sistemində yaranmış texniki nasazlıq səbəbindən baş verib.
Qeyd edək ki, oktyabrın 19-20-də bu binada Avropa İttifaqına üzv dövlətlərin başçılarının sammiti keçiriləcək. Oktyabrın 13-də də Aİ-nin bu binasında eyni yerdə və eyni səbəbdən tüstülənmə baş vermişdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avropa-i-ttifaqinin-binasinda-yene-tustulenme-olub-zeherlenenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR