Azərbaycanda liberal hava nəqliyyatı yaradılır - VİDEO

Azərbaycanda liberal hava nəqliyyatı yaradılır - VİDEO
21:37 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanda liberal hava nəqliyyatı fəaliyyət göstərəcək.

Milli.Az bildirir ki, ixtisaslaşmış turizm sənayesinin inkişafına dair "Strateji Yol Xəritəsi"nə uyğun olaraq Turizm Şurası nəzdində liberal hava nəqliyyatının təşkil edilməsi üzrə işçi qrupu yaradılıb. Əsas məqsəd hədəf ölkələrlə gediş-gəliş əlaqələrinin daha da yaxşılaşdırılmasıdır.

Mədəniyyət və Turizm Nazirliyinin Marketinq sektorunun müdiri Emil Səfərov deyir ki, prioritet ölkələrlə yeni təyyarə reyslərinin açılması da müzakirə edilir. Həmçinin, həftə sonlarında turistlərin Bakıya gəlməsi üçün də lazımi şərait yaradılacaq.

Vaxtaşırı olaraq işçi qrupunun aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə toplantısı keçirilir və qarşıda duran məsələlər müzakirə edilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda liberal hava nəqliyyatı yaradılır


Xəbərin orijinal ünvanı: https://news.milli.az/video/591538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR