Valverde "qızıl top"dan danışdı

Valverde "qızıl top"dan danışdı
23:12 18 Oktyabr 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın baş məşqçisi Ernesto Valverde "qızıl top" mükafatı barədə fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, mütəxəssis İspaniya mətbuatına açıqlamasında bu mükafatın kimə verilməsiylə maraqlanmadığını, hamının ən yaxşının Lionel Messi olduğunu bildiyini deyib:

"Lionel Messinin ən yaxşı olduğunu bilirik. "Qızıl top"un kimə veriləcəyi ilə maraqlanmıram. Bu mükafatı kimin qazanmasından asılı olmayaraq, fikrimi dəyişməyəcəm. Hamımız həqiqəti bilirik".

Xatırladaq ki, Messi bu günə kimi 5 dəfə "qızıl top" mükafatını qazanıb. Argentinalı futbolçu cari mövsümdə şans qazandığı 12 oyunda 14 qol vurub, 3 məhsuldar ötürmə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR