İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunu ləğv edir

İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunu ləğv edir
13:23 19 Oktyabr 2017
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunun dayandırılması üçün prosedurlara başlayıb. 
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İspaniya hökumətinin sözçüsü bildirib.
O qeyd edib ki, bu prosedurlar ölkə Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək üçün həyata keçiriləcək. Həmin maddəyə əsasən, Kataloniya əyalətinin muxtariyyət statusu ləğv olunacaq. Bunun üçün prosedurlar oktyabrın 21-də başlayacaq.
Qeyd edək ki, İspaniya hökuməti Kataloniyadakı yerli hakimiyyətə krallığın tərkibindən çıxıb-çıxmamaqla bağlı qərarı elan etmək üçün oktyabrın 19-u saat 12-dək (Bakı vaxtı ilə) möhlət vermişdi. Kataloniya hökumətinin başçısı Karlos Puçdemon oktyabrın 19-da bildirib ki, İspaniya hökuməti onun görüş tələbini qəbul etməzsə, əyalət parlamenti krallığın tərkibindən çıxdığını elan edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-spaniya-hokumeti-kataloniyanin-muxtariyyet-statusunu-legv-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR