Bəstəkarlar İttifaqının sədri: “Serialların musiqisi və mövzusu məni qane etmir”

Bəstəkarlar İttifaqının sədri: “Serialların musiqisi və mövzusu məni qane etmir”
14:42 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Şou-biznesin bəzi nümayəndələri söyləyirlər ki, bizə peşəkar olmaq lazım deyil, biz heç notları da bilmirik. Bu sözlər bizə çox ürək ağrısı gətirir. Onlar deyirlər biz bir mahnı yazırıq və pul qazanırıq".
Bunu "Report"a açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib.
O, bəzi şou-biznes nümayəndələrinin notları bilməməsindən böyük təəssüf hissi keçirdiyini vurğulayıb: "Təbii ki, onların da istedadı var. Ancaq dərk etmirlər ki, təhsilləri olsa, bəstələdiyi mahnıları notlar ilə yazsalar və onların üzərində işləsələr daha çox uğur qazana bilərlər. Bəziləri bunu qəbul edir, bəziləri isə qəbul etmir. İnanıram ki, qəbul edənlər həqiqətən böyük uğur qazanacaqlar".
F.Əlizadə müasir dövrdə çəkilən Azərbaycan film və seriallarının musiqilərini də tənqid edib. O qeyd edib ki, seriallar, filmlərə yazılan musiqilər ancaq müşayiət musiqidir: "Təəssüflə qeyd etmək istəyirəm ki, serialların mövzusu da məni qane etmir. Hamısı kriminal mövzuludur. Axı Azərbaycanda gözəl insanlar yoxdur? Bizim gözəl mütəxəssislərimiz, alimlərimiz, yazıçılarımızın həyatında o qədər hadisələr var ki... Onları serial mövzusu etmək olmazmı?! Məsələn, Qənirə Paşayevanın həyatı serial mövzusu ola bilməz? Nədirsə elə ancaq kriminala yönəlirlər və mən belə zənn etmirəm ki, tamaşaçı bunu tələb edir".

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/bestekarlar-i-ttifaqinin-sedri-seriallarin-musiqisi-ve-movzusu-meni-qane-etmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR