18 mina zərəsizləşdirildi

18 mina zərəsizləşdirildi
13:01 9 Yanvar 2015
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) tərəfindən 2014-cü dekabr ayında 2106370 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Əməliyyatlar nəticəsində 76 PHS, 1 ədəd tank əleyhinə mina və 17 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, indiyədək cəmi 278297716 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689623-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.

Həmin dövrdə 2 mina/PHS hadisəsi qeydə alınıb. Onlardan birində Azərbaycan Ordusunun bir hərbçisi ölüb, digəri yaralanıb. Digər halda isə minaya düşən mülki şəxs olub və hadisə nəticəsində qəlpə yarası alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR