Ankarada vacib görüş -

Ankarada Türkiyənin baş naziri Binəli Yıldırımla İranın vitse-prezidenti İsak Cihangiri arasında görüş baş tutub.

Metbuat.az-ın məlumatına görə, tərəflər iki ölkə arasında münasibətlərlə yanaşı, İraqın şimalındakı kürd muxtariyyətinin separatçı fəaliyyətini və PKK terror təşkilatıyla mübarizə yollarını müzakirə ediblər.

Görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri qeyd edib ki, Ankara PKK ilə mübarizə məsələsində Tehranla sıx əməkdaşlığı yüksək qiymətləndirir.

İraqın şimalındakı vəziyyətə gəlincə, mövcud vəziyyətdə muxtariyyət rəhbərliyi hakimiyyətdə qala bilməz deyə Binəli Yildirim bildirb.

Sübhan / METBUAT.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR