Payızı təsvir edən altı gözəl söz

Payızı təsvir edən altı gözəl söz
21:32 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bir daha ilin o vaxtıdır. Ağaçlar qəhvəliyəşir və yarpaqlarını tökür. Mağazalarda bir daha balqabaqlar satılır və isti geyimlərimizi sandıqlardan çıxarırıq. Biz yayla vidalaşırıq və payızı salamlayırıq. Biz bu fəsli payız adlandırsaq da, dünyanın digər yerlərində bu fəsili müxtəlif cür təsvir edən bir çox maraqlı sözlər də var. Bu sözlərin kiçik qismini sizə təqdim edirik...

"Fall"

Biz hamımız bu sözü amerikalıların icad etdiyini bilirik, elə deyilmi? Xeyr! Bir çox insanın "Fall" (yarpaq tökümü) sözünün ilk dəfə Amerikada istifadə edilməyə başladığına inansa da, bu ilk dəfə 17-ci əsr və ya ondan da əvvəl İngiltərədə istifadə edilən çox qədim bir sözdür. İngilislər payız sözünü "autumn" fransız "automone" sözündən 15-ci və ya 16-cı əsrdə götürsələr də, bu söz 18-ci əsrdə qədər çox da istifadə olunmurdu. "Fall" əvvəllər "fall of the year" (ilin düşməsi) və ya "fall of the leaf" (yarpağın düşməsi) kəlmələrinin qısaldılmış ifadəsi idi. Lakin 17-ci əsrdə bu, Amerika ingiliscəsinin təsis edilməsindən lap əvvəl artıq bir sözlə təsvir edilirdi. Ona görə də, bu sözün istifadəsi ABŞ-da daha geniş yayılsa da, onun kökü Amerikadan deyil.

germany

"Haust"

İsveç dilində payız "höst" adlanır. Danimarkalılar "høst", almanlar isə bu sözün başqa bir növü "herbst"-dən istifadə edirlər. Bu sözlərin hamısının eyni kökü var - Norveçdə hələ də istifadə edilən və "yığmaq və ya dərmək" mənasını daşıyan Qədim Nors sözü "haust"-dur.

16-cı əsrə gədər İngiltərədə də buna bənzər sözdən istifadə edilirdi. Fermerlərin avqust və noyabr ayları arasında məhsullarını yığdığı dövr "harvest" (bəhrə) adlanırdı. Lakin insanlar şəhərlərə köçdükcə və kənd təssərüfatı ilə daha az məşğul olduqca "harvest" sözü bir dövr mənasını itirərək sadəcə "məhsul yığımı" mənasını daşımağa başladı.

"La rentrée"

Fransızlar yay tətillərinə ciddi yanaşırlar. Məktəblər bağlanır, bizneslərin əksəriyyəti (turizmlə məşğul olanlar istisna olmaqla) iş saatlarını qısaldır və ya avqust ayı fəaliyyətini tamamilə dayandırırlar. Demək olar ki, hamı tətilə çıxır. "À la rentrée" və ya "qayıdış" payızın başlanğıcını təsvir edən, ən çox istifadə edilən kəlmədir. Bu dövrdə şaqirdlər məktəblərinə qayıdır, bizneslər bir daha açılır və Günəşdən qaralmış siyasətçilər parlamentə qayıdır. Həyatın sentyabr ayında tələsik normala qayıtdığı bu dövrə İtaliyada da eyni ad verilir "il rientro".

japan

"Rişşu"

Yaponiyada "rişşu" payızın ilk günü deməkdir və hayku poemalarında populyar mövzu olan bu fəsili təsvir etmək üçün yaponların istifadə etdiyi çoxsaylı sözlərdən biridir. "Şuuki" payız havası deməkdir, "şuuşoku" isə payızın rənglərini təsvir edir. "Aki no koe" (payızın səsi) fəslin müxtəlif səslərindən (yarpaqların küləkdəki xışıltısı, yağış damcalarının yerə dəyərkən döyüntüsü və cırcıramaların səsi) yaranmış bir kəlmədir.

ABŞ

"Məhsul Ayı"

Amerikanın yerli əhalisi və ya hindular kimi tanınan insanlar adət olaraq Ay təqvimindən istifadə edərək fəsillər və ayların gedişini müşahidə edirdilər. Hər bütöv Ayın öz adı var idi. Yeni aya qədər Ayın bir adı olurdu. Çeroki tayfasının oktyabr ayına verdiyi ad isə "duninhdi" və ya "Məhsul Ayı"dır.

Abenaki tayfası isə sentyabr ayına "skamonkas" və ya "qarğıdalı yaradan ay", oktyabr ayına isə "penibagos" və ya "düşən yarpaq ayı" deyirdilər. Çeyen tayfası isə oktyabr ayına asanlıqla yadda qalmayan, lakin gözəl ad vermişdilər - "donma axının ucunda başlayır".

"Backend"

Bu İngiltərənin şimali ləhcəsində istifadə edilən bir sözdür. Şimali İngiltərənin və Şotlandiyanın bəzi ərazilərində payıza adətən "backend" ("arxanın ucu" deyilir, bu isə sadəcə ilin sonuncu hissəsi deməkdir. İngiltərənin Lancashire və Yorkshire qraflıqlarının bəzi sakinləri xüsusilə yağışlı və küləkli bir günü "backendish" (arxanın ucuvari) gün kimi təsvir edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR