Fərqli dad: susuz un halvası - RESEPT

Fərqli dad: susuz un halvası - RESEPT
07:05 20 Oktyabr 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Fərqli dadlarda şirniyyat yeməyi hər birimiz xoşlayırıq. Fərqli dadda şirniyyat yemək istəyirsinizsə bu resepti sınayın. Milli.Az ailem.az-a istinadən susuz un halvasının reseptini təqdim edir.

Lazım olanlar:
 
500 qram un
250 qram pudra şəkəri
400 qram kərə yağı
1 çay qaşığı rəndələnmiş limon
150 qram iri döyülmüş fındıq
1 paket vanil
 
Hazırlanması:
 
Unu bir qazana tökün, az odda yavaş-yavaş, rəngi dönənə qədər qovurun. Yağı ayrı bir qabda yumşalana qədər otaq temperaturunda saxlayın. Xəfifcə qovrulmuş unun içinə yumşaldılmış kərə yağını tökün və qovurmağa davam edin. Digər yandan iri döyülmüş fındığı əlavə edərək, daha az odda qovurun. Un və yağ yumşalıb asan qarışmağa başlayanda halvanı ocaqdan götürün. Dərhal halvanın içinə zaman pudra şəkəri, vanil və limon rəndəsini tökün və qarışdırın. İsti-isti qaşığa doldurub üzərinə başqa bir qaşıqla basın. Forma verdiyiniz halvaları düz bir boşqaba sıra ilə düzün.
 
Nuş olsun!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/kilinariya/589271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR