"Azərbaycanda 40 110 kV-luq yarımstansiya tikilib"

"Azərbaycanda 40 110 kV-luq yarımstansiya tikilib"
09:37 20 Oktyabr 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ötən 10 ildə "Azərişıq"ın balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kV-luq yarımstansiya tikilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərişıq" ASC-in sədri Baba Rzayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

O bildirib ki, Azərbaycandakı elektrik şəbəkələrinin qoyuluş gücü "Azərişıq" ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9 500 MVA-dan 2017-cı ilin sonuna 11 900 MVA-ya çatdırılacaq.

B.Rzayev qeyd edib ki, ölkədə aparılan islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması üçün əlverişli şərait yaradıb: "Azərbaycanın müstəqil enerji infrastrukturunun formalaşdırılması, xaricdən enerji asılılığının aradan qaldırılması istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilib. Ümumilikdə, ötən 10 ildə "Azərişıq"ın balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kV-luq yarımstansiya tikilib. Yeni 35 kV-luq yarımstansiyaların sayı isə 141-ə çatır. 2006-2017-cı illərdə 4 894 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 577 514 dayaq quraşdırılıb, 45 818 km uzunluğunda hava və kabel xətti çəkilib. Quraşdırlan yeni tipli elektron sayğacların sayı 1 621 871-ə çatıb".

"Azərişıq" sədri deyib ki, silsilə və kompleks tədbirlər hesabına "Azərişıq"ın regional elektrik şəbəkələrində texniki itkilər 2017-ci ilin 9 ayının yekununa görə 9,9%-ə endirilib: "Faydalı elektrik enerjisinə görə yığım ölkə üzrə 87%, Bakı şəhəri üzrə isə 98,3% təşkil edir. Əgər, işçilərin orta aylıq əmək haqları 2006-cı ildə 340 manat idisə, 2016-cı ildə bu göstərici 625 manata yüksəlib. Vergi öhdəlikləri də tamamilə yerinə yetirilir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR