Kaliforniyadakı meşə yanğınlarının vurduğu zərər 1 milyard dolları keçib

Kaliforniyadakı meşə yanğınlarının vurduğu zərər 1 milyard dolları keçib
13:12 20 Oktyabr 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının vurduğu zərər 1,045 milyard dollar təşkil edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatın Sığorta Departamentinin sığorta komissarı Deyv Cons məlumat verib.
"Bu rəqəmin artacağı gözlənilir. Çünki dəymiş ziyan barədə daha çox məlumat daxil olur. Amma ilkin məlumatlara görə, zərər 1,045 milyard dollar təşkil edib", - D.Cons bildirib. O, yanğınlar nəticəsində 42 nəfərin həlak olduğunu da deyib.
Onun sözlərinə görə, məbləğ barədə məlumatlar Kaliforniya ştatının ən böyük 8 sığorta şirkəti tərəfindən verilib. Onların məlumatına görə, 5 mindən çox ev tamamilə, 4 mindən çox ev qismən dağılıb. Həmçinin 3 mindən çox avtomobil yararsız hala düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kaliforniyadaki-mese-yanginlarinin-vurdugu-zerer-1-milyard-dollari-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR