Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollardan götürülüb

Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollardan götürülüb
13:17 20 Oktyabr 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 50 dollar ətrafında proqnozlaşdırılmasını nəzərə alaraq 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neft gəlirlərinin hesablanmasında neftin ixrac qiyməti 45 dollar səviyyəsində qəbul edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.
 
Sənəddə deyilir ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və yaxud 20%, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 2 mlrd. 621,2 mln. manat və yaxud 15% çoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR