Meşədə qorxunc varlıq tapıldı, amma...: yarı siçovul, yarı insan - VİDEO - FOTO

Meşədə qorxunc varlıq tapıldı, amma...: yarı siçovul, yarı insan - VİDEO - FOTO
15:37 20 Oktyabr 2017
122 Maraqlı
Ölkə mətbuatı
A- A+

Malayziyada siçovul və insan "qarışığı"na bənzəyən məxluqun fotoları sosial şəbəkələrdə yayılandan sonra əhali təşvişə düşmüşdü. Az sonra bu məxluqun fotoları və videosu Facebook, İnstagram və Twitter-də dünyanın ən müxtəlif ölkələrində yaşayan milyonlarla insan tərəfindən paylaşıldı.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, fotonu sosial şəbəkədə yayan şəxs bu məxluğa meşədə rast gəldiyini yazmışdı.

Məxluq siçovul bədənli, insan başlı körpəyə bənzəyirdi. Onun Malayziyanın mərkəzi bölgəsi olan Pahanqdakı meşəlikdə tapıldığı vurğulanırdı: "O, canlı idi. Məxfi laboratoriyaya göndərdilər, orada isə öldü".

Minlərlə malayziyalı təşvişə düşmüşdü. Onlar bu məxluqu "adamyeyən" adlandırır, polisdən açıqlama tələb edirdilər.

Sonucda işə polis qarışdı. Malayziya Dövlət Polisinin rəhbəri general Datuk Rosli Əbdül Rəhmanın dediyinə görə, yayılan görüntülər saxtadır: "Həmin görüntülərdəki canlı yox, kukladır. Xahiş edirik ki, bu xəbəri yaymayın. Kimsə xaricdə aldığı oyuncağın fotosunu çəkib paylaşıb".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İnsan üzlü


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR