Kreditorlar Komitəsi: ADIF "Bank Standard"ın ləğvi ilə bağlı xərclər haqqında hesabat vermir

Kreditorlar Komitəsi: ADIF "Bank Standard"ın ləğvi ilə bağlı xərclər haqqında hesabat vermir
15:42 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Bank Standard” QSC-də pulu olan Azərbaycan Mərkəzi Bankına 20 mln. manat, “Azərbaycan İpoteka Fondu” ASC-yə isə 41 mln. manat pul ödəyib.
“Report” xəbər verir ki, bunu Bankın bu gün keçirilən Kreditorlar Komitəsinin iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
“Bundan başqa, Fond İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun “Bank Standard”dakı 20,3 mln. manat pulunu da qaytarmaq istəyir. Halbuki, bu qurumlar hamısı digər kreditorlarla eyni hüquqdadır, növbəlilik gözlənilməlidir”, - deyə o, qeyd edib.
Ə.Həsənovun sözlərinə görə, son bir ildə “Bank Standard”ın ləğvi prosesinə 3 mln. manat xərcləndiyi bildirilir: “Amma bu pulun nəyə, necə xərclənməsi barədə ADIF hesabat vermir. Halbuki, bu, kreditorların puludur”.
Hüquqşünas həmçinin deyib ki, Bankın ləğv planı cəmi 1 dəfə təsdiq edilib, halbuki, bu plan azı rübdə bir dəfə təsdiqlənməlidir: “İlk dəfə plan bu ilin I rübünün yekununa əsasən təsdiq olunub. Artıq II və III rüblər başa çatıb, ləğv planı yenilənməyib”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/kreditorlar-komitesi-adif-bank-standard-in-legvi-ile-bagli-xercler-haqqinda-hesabat-vermir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR