Futbolun "First Lady"si klub alır

Futbolun "First Lady"si klub alır
18:12 20 Oktyabr 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Şeyx Mansurun "Mançester Siti"ni almasına dəstək olan Amanda Staveley bu dəfə satışa çıxarılan "Nyukasl Yunayted"i özü almaq niyyətindədir. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, adı məşhur iş adamları sırasında çəkilən Amanda Premyer Liqa klubun almağa namizədlər arasında ən iddialısıdır.

"PCP Capital Partner"in sahibinin 300 milyon funt sterlinqə satışa çıxarılan "Nyukasl"ı əldə etmək üçün ilk danışıqlarda müsbət cavab aldığı bildirilir.

"This is Money" saytının ən cazibədar maliyyəçi seçdiyi xanım əlavə problem olmasa, "Nyukasl Yunayted"in yeni sahibi olacaq.

Staveley hazırkı həyat yoldaşı Mehrdad Qodussi ilə tanışlıqdan əvvəl İngiltərə şahzadəsi Endryu ilə romantik münasibət yaşamışdı. 2011-ci ildə evlənən Amanda 1 oğul anasıdır. Həyatı isə Londonla Dubar arasında keçir. 

Amanda Staveleyin özünün güclü fiqur olmasından əlavə, Yaxın Şərq və Çindəki şirkət bazarından 28 milyard funt sterlinq gəlir əldə etməsi də əlavə üstünlükdür.

İş qadını üçün klub idarə etmək çətin olmayacaq. Onun ötən il "Liverpul"u almaq cəhdi uğursuz olsa da, 2009-cu ildə Şeyx Mansurun "Mançester Siti"ni almasında böyük rol oynayıb.

Amanda Stalavey futbolla yanaşı at yarışlarını da çox sevir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR