İtaliyanın 22 turizm şirkəti ilə ilkin anlaşma əldə olundu

İtaliyanın 22 turizm şirkəti ilə ilkin anlaşma əldə olundu
18:42 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Milli Turizm Təbliğat Bürosu tərəfindən təşkil edilmiş məlumat turu çərçivəsində oktyabrın 19-da İtaliyadan olan turoperatorlar və yerli turizm şirkətləri arasında tanışlıq və əməkdaşlığın qurulması məqsədilə "JW Abşeron Marriott Hoteli"ndə görüş keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə Azərbaycanın turizm imkanları təqdim edilib, Milli Turizm Təbliğat Bürosu tərəfindən görülən işlər haqqında məlumat verilib.

Turizm sahəsində üçtərəfli əməkdaşlığın potensialı haqqında müzakirələr aparılıb.

Tədbirin yekununda 22 şirkət arasında ilkin anlaşmalar əldə olunub, gələcək əməkdaşlığın konturları müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/592291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR