Qırğızstandakı seçkilər "Azerspace-1" resurslarından istifadə olunaraq yayımlandı

Qırğızstandakı seçkilər "Azerspace-1" resurslarından istifadə olunaraq yayımlandı
18:47 20 Oktyabr 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Oktyabrın 15-də Qırğızıstanda keçirilən, yerli və xarici, o cümlədən beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər və media mənsubları tərəfindən izlənilən prezident seçkiləri gün boyu "Azerspace-1" peykinin resurslarından istifadə olunmaqla canlı yayımlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Azerspace-1" peykinin xidmətlərindən istifadə edən Qırğızıstanın aparıcı televiziya kanalları seçkilərin keçirildiyi müddətdə fasiləsiz və keyfiyyətli yayım əldə etdiklərini bildiriblər.

Həmçinin Türkiyədə "Tivibu" kabel televiziyası vasitəsilə nümayiş olunan UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunları "Azerspace-1" peykinin resurslarından istifadə olunaraq canlı yayımlanır. Belə ki, "Azərkosmos" ASC və Türkiyənin "Türk Telekom" şirkəti arasında imzalanan müqaviləyə əsasən, futbol oyunlarının canlı görüntüsü dünyanın bir çox beynəlxalq yayım mərkəzinə "Azerspace-1" peyki vasitəsilə çatdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR