"Marca": "Qızıl top" Kriştianu Ronalduya veriləcək

"Marca": "Qızıl top" Kriştianu Ronalduya veriləcək
20:57 20 Oktyabr 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu FİFA-nın versiyasına əsasən, 2017-ci ilin ən yaxşı futbolçusu seçiləcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

İspaniya nəşrinin iddiasına görə, "Real Madrid"ə rəhbərlik edən Zinədin Zidan ilin məşqçisi adına layiq görüləcək. İlk dəfə təqdim olunacaq "ilin ən yaxşı qapıçısı" mükafatı isə İtaliya "Yuventus"unun kapitanı Canluici Buffona çatacaq.

Ronaldu 2016/2017 mövsümündə İspaniya çempionu və Çempionlar Liqasının qalibi adını qazanıb. Portuqaliyalı hücumçu qitənin ən nüfuzlu klub turnirində 13 matçda 12 qol vurmaqla bombardir olub və UEFA tərəfindən ən yaxşı futbolçu seçilib.

Qeyd edək ki, ilin futbolçusunun elan olunması ilə bağlı tədbir oktyabrın 23-də İngiltərənin paytaxtı Londonda keçiriləcək. Son 6 ildə FİFA "Qızıl top" mükafatını "France Football" jurnalı ilə birgə təqdim edib. Lakin bu ildən mükafat fərdi qaydada veriləcək. 2008-ci ildən dünyanın ən yaxşı futbolçusu adına Kriştianu Ronaldu və "Barselona"nın kapitanı Lionel Messi layiq görülüblər. Argentinalı 5, portuqaliyalı isə 4 dəfə "Qızıl top" alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR