Gündə 15 dəqiqə gözəl şeylər haqda düşünsəz...

Gündə 15 dəqiqə gözəl şeylər haqda düşünsəz...
21:12 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Tibetli rahib Matye Rikar planetin ən xoşbəxt adamı kimi tanınsa da, etiraf edib ki, bu, belə deyil. Milli.Az musavat.com-a istinadən bildirir ki, onun dediyinə görə, dünyada elə hadisələr var ki, onu qəmgin edir, tam xoşbəxt olmasına imkan vermir. 70 yaşlı buddistin dediyinə görə, jurnalistlərin ona qoyduğu "dünyanın ən xoşbəxt adamı" titulu o qədər də ona uyğun deyil: "Mən dünyada daha xoşbəxt rahiblər tanıyıram".

Rikar bildirib ki, xoşbəxtliyin sirlərindən biri də gündə 15 dəqiqə boyunca gözəl şeylər barədə düşünməkdir. Bundan başqa, o, insanların müqayisələrə çox əhəmiyyət verməməsinin vacibliyindən danışıb. Deyib ki, müqayisə hər zaman xoşbəxtliyi öldürür. Onun sözlərinə görə, xoşbəxtlik daim məşq etməli olduğumuz vərdişdir. Rikar bir neçə gün fasiləsiz olaraq meditasiya ilə məşğul olmaq qabiliyyətinə malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR