"Report"un xəbərinə görə, 2004-cü il təvəllüdlü Cavadzadə Orxan Telman oğlu yaşadığı binanın yaxınlığında tanımadığı şəxslə mübahisə edib.
Mübahisə zamanı o döyülüb. Yaralı bədən və üz nahiyələrindən aldığı sınıq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt Qaradağ Rayon Polis İdarəsində araşdırılır.