Körpü printerdə çap olunub

Körpü printerdə çap olunub
08:42 21 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Niderlandda üçölçülü (3D) printerdə çap edilən ilk körpünün açılışı keçirilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ölkənin cənubunda Gemert şəhərində yerləşən yeni beton konstruksiyanın ümumi uzunluğu 8 metr təşkil edir.

Məlumata görə, velosipedçilər üçün nəzərdə tutulan körpü Eyndhoven Texniki Universiteti tərəfindən hazırlanaraq ərsəyə gətirilib.

Qeyd olunur ki, mütəxəssislər körpünün layihəsini 3 aya hazırlayıblar. "3D" printer vasitəsilə konstruksiya qeyri-adi quruluşa malikdir. Onun hazırlanması üçün mütəxəssislər tərəfindən uzunmüddətli möhkəmliyə malik 800 beton qatından istifadə edilib. Ekspertlərin sözlərinə görə, 8 metrlik körpü 40 yük maşınının ağırlığına dözə biləcək.

Mütəxəssislərin qənaətinə görə, yaxın vaxtlarda texnologiyadan evlərin tam tikilməsi üçün istifadə etmək mümkün olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR