Bakı. 22 oktyabr. REPORT.AZ/ Keniyada "5Y-NMJ" tipli sərnişin vertolyotu Nakuru gölünə düşüb. “Report” "Airlive" nəşrinə istinadən xəbər verir ki, göyərtədə 5 nəfər olub. Onların aqibəti barədə hazırda məlumat yoxdur. Sərnişinlər Keniya prezidenti tərəfindən təşkil olunan mitinqdə iştirak etmək üçün Narok şəhərinə gedirlərmiş.