Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir

Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir
03:22 22 Oktyabr 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bazar günü Yaponiya Parlamentinin Aşağı Palatasına növbədənkənar seçkilərə start verilib. Ölkə üzrə ümumilikdə təqribən 47 min seçki məntəqəsi açılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, səsvermənin yekunu üzrə 465 deputat seçiləcək. Onlardan 289 nəfəri birmandatlı dairə üzrə, 176-sı isə partiya siyahsı üzrə seçiləcək.
Parlamentin Aşağı Palatasındakı deputat yerlərinə ümumilikdə 1180 namizəd iddia edir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyada-novbedenkenar-parlament-seckileri-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR