"Dünyada ən yaxşı məşqçi olduğumu düşünmürəm"

"Dünyada ən yaxşı məşqçi olduğumu düşünmürəm"
18:17 22 Oktyabr 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in çalışdırıcısı Zinəddin Zidan, Massimiliano Alleqri Antonio Konte ilə birlikdə FİFA versiyasında "2017-ci ilin ən yaxşı baş məşqçisi" mükafatına namizəddir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis mövzu ilə bağlı bunları deyib:

"Dünyada ən yaxşı məşqçi olduğumu düşünmürəm. Ən yaxşı futbolçuların oynadığı klubu çalışdırmaq şərəfinə nail olmuşam. İşim xoşuma gəlir. Bu sahədə ən yaxşı olmaq üçün işimi həvəslə görürəm. Mükafata layiq görülsəm, onu sevinərək qəbul edəcəm. Amma hamıdan üstün olduğumu deyə bilmərəm".

FİFA-nın mükafatları təqdim etmə mərasimi 23 oktyabrda Londonda baş tutacaq. Zidan 2016-cı ilin yanvarından "Real"a rəhbərlik edir. 2 mövsüm ərzində Madrid klubu 45 yaşlı mütəxəsisin rəhbərliyi altında 7 titul qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR