Kanadada neft daşıyan yük qatar relsdən çıxıb

Kanadada neft daşıyan yük qatar relsdən çıxıb
05:37 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bazar günü Kanadanın Edmonton şəhəri yaxınlığında neft daşıyan yük qatarının 12 vaqonu relsdən çıxıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Qəza Stercen dairəsində baş verib. Rivers-Ec və Noronkel yaşayış məntəqələrində 46 evin sakininə təxliyyə göstərişi verilib.
İnsident zamanı zərər çəkən olmayıb. Hadisə yerinə qəza briqadaları göndərilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/kanadada-neft-dasiyan-yuk-qatar-relsden-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR