İsveçrədə yeniyetmə balta ilə yoldan keçənlərə hücum edib

İsveçrədə yeniyetmə balta ilə yoldan keçənlərə hücum edib
08:47 23 Oktyabr 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

İsveçrədə, 17 yaşlı yeniyetmə yoldan keçənlərə balta ilə hücum edib. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Trend-in xarici mətbuata istinadla verdiyi məlumata görə, hadisə Flums kommunasında baş verib. Qeyd olunur ki, yeniyetmə hadisə yerindən qaçıb, başqa bir yerdə yenidən insanlara hücum edib və polis tərəfindən tutulub.

Yaralananların dəqiq sayı və onların vəziyyəti barədə məlumat verilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR