İŞİD-in son qalası darmadağın edildi: Bu bölgədə artıq terrorçu yoxdur

İŞİD-in son qalası darmadağın edildi: Bu bölgədə artıq terrorçu yoxdur
13:03 23 Oktyabr 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Filippinin Mindanao əyalətinin Maravi şəhərində İŞİD terror təşkilatı ilə bağlanıtılı Maute təşkilatının sığınıdığı son bina ələ keçirilib.

Publika.az xəbər verir ki, 5 ay öncə mühasirəyə alınan Maravidəki terrorçuların son qalasından 40 cəsəd çıxarılıb.

Filippin müdafiə naziri Delfin Lorenzana mediaya verdiyi açıqlamada terror təşkilatına son qoyulduğunu açıqlayıb:

“Bu binadakılar Mauteden geriyə qalan son terrorçular idi. Bir binada sıxışdırıldılar, qarşıdurma yarandı və sonları gətirildi. Maravidə artıq terrorçu yoxdur”.

ABŞ-ın müdafiə naziri Cim Matis Filippin ordusunu Maravidəki uğurundan dolayı təbrik edib və ordunun terrorçulara önəmli bir mesaj göndərdiyini deyib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR