“Unibank” dövriyyəyə yeni kart buraxıb

“Unibank” dövriyyəyə yeni kart buraxıb
17:02 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Unibank” ASC 50, 100, 150 və 500 manat nominallı “Albalı Gift” hədiyyə kartını dövriyyəyə buraxıb. “Albalı Gift” kartı “Unibank”ın POS-terminallarının olduğu 1 500-dən çox ticarət obyektində istifadə oluna bilər.
“Report” bu barədə Banka istinadən xəbər verir.
Satış qiyməti kartın öz nominalı dəyərindədir, yəni, 100 manatlıq “Albalı Gift” kartı almaq üçün 100 manat ödəniş edilir. “Albalı Gift” kartı ilə “Unibank”ın geniş partnyor şəbəkəsində (http://albali.az/az/partnyorlar) nağdsız alış-veriş etmək mümkündür. Kartın istifadə müddəti 12 aydır. Kart müştəriyə xüsusi hədiyyə zərfində təqdim olunur.
“Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir. Müştərilərin tələbatını nəzərə alaraq, Bankın paytaxt və bölgələrdə yerləşən 9 filialı həftə sonunda da fəaliyyət göstərir. “Əcəmi” və 19 saylı (“Bakıxanov”) filialları noyabrın 15-dək hər gün saat 09.00-dan 20.00-dək müştərilərin xidmətində olacaq. 15 saylı filial (S.Vurğun bağı yaxınlığında), “Neftçilər” filialı, “Nərimanov” filialı, “Xırdalan” filialı, “Sumqayıt” filialı, “Gəncə” filialı, “Bərdə” filialı şənbə günləri saat 10:00-dan 14:00-dək xidmət göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/unibank-dovriyyeye-yeni-kart-buraxib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR