"Dünyanın topu"nu Messi təqdim edəcək - FOTO

"Dünyanın topu"nu Messi təqdim edəcək - FOTO
14:52 24 Oktyabr 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının topu artıq seçilib.

Milli.Az Eurosport-a istinadən bildirir ki, "Adidas" şirkətinin istehsalı olan "Telstar 18" adlı top noyabrın 9-da Moskvadakı "Artplay" dizayn mərkəzində rəsmən təqdim ediləcək.

"Dünyanın topu" adlanan topun təqdimatçısı isə Argentina yığması və İspaniyanın "Barselona" klubunun forvardı Lionel Messi olacaq.

"Telstar 18" topundan Cənubi Koreyada keçirilmiş gənclər arasında futbol üzrə dünya çempionatında istifadə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/593262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR