"Report"un məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın ərazi bütövlüyünün Brüssel sammitinin sənədinə salınıb-salınmaması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinin Riqa sammitindəki məsələsinin təkrarlanmasını istəmir: "Bu il noyabrın 24-də Brüsseldə keçiriləcək növbəti sammitin yekun sənədinin ilkin variantı tərəfdaş ölkələrlə müzakirə olunub. Baxaq, görərik, qəbul olunacaq, ya yox?!"