Sakit Okeanda dreyf edən yaxtada qalmış iki qadın və iki köpək Yaponiya sahillərindən 1400 kilometr kənarda xilas edilib.
Milli.Az ABC-yə istinadən bildirir ki, okean sularında ləngər vuran yaxtanı ABŞ Hərbi-Dəniz Qüvvələrinin "USS Ashland" desant gəmisinin heyəti görüb.
Havay adalarının sakinləri olan Cennifer Appel və Taşa Fuaba may ayında Taitiyə doğru səyahətə çıxmışdılar. Lakin tufan zamanı yaxtanın mühərriki sıradan çıxıb. Qadınlar yaxtanın yelkənini açaraq Taitiyə çatmadı düşünsələr də, okean cərəyanı onları kənara aparıb.
İki aydan sonra qadınlar yaxtadakı mini-radiostansiya vassitəsilə yardım çağırışları etsələr də, siqnal çox zəif olub, sahilə və başqa gəmilərə çatmayıb.
C.Appel və T.Fuabanın dediklərinə görə, onların sağ qalmalarının səbəbi yaxtada dəniz suyunu içməli suya çevirən qurğunun, habelə bir illik ərzaq ehtiyatının, yəni makaron, yarma və düyünün olması idi.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:


Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin