“Report” quruma istinadən xəbər verir ki, o, həmin səfər çərçivəsində Asiya Regionunun Nazirlər səviyyəsində İqtisadi Əməkdaşlıq üzrə 16-cı Konfransında (Central Asia Regional Economic Cooperation (CAREC)) iştirak edib.
11 üzv ölkəni təmsil edən CAREC Nazirləri CAREC proqramının üçüncü onilliyində fəaliyyətini tənzimləyəcək yeni uzun müddətli strategiya olan "CAREC-2030" sənədini yekdilliklə təsdiq ediblər.
Strategiya insan, siyasət və layihələrin əlaqələndirilməsi missiyası əsasında qurulur və, regionda iqtisadi və maliyyə sabitliyin, turizm, kənd təsərrüfatı, su ehtiyatları, səhiyyə və təhsil sahəsində regional təşəbbüslərin dəstəklənməsi daxil olmaqla, CAREC mandatının artırılması və genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, CAREC nəqliyyat, enerji, ticarət və iqtisadi dəhlizlərin inkişafı kimi mövcud priotet sahələrə səylərini yönəltməyə və bu sahələrdə müqayisəli üstünlükləri təmin etməyə davam edəcək.
"CAREC-2030" strategiyasının qəbul edilməsi, həmçinin, region ölkələrinə, milli inkişaf prioritetlərinə uyğunluğu təmin etməklə, Paris sazişi çərçivəsində Davamlı İnkişaf Hədəflərini (DİH) və iqlimin dəyişməsi üzrə hədəfləri əldə etməyə kömək edəcək.
T.Nakao çıxışında ADB-nin növbəti 5 il ərzində "CAREC-2030" strategiyasının dəstəklənməsi üçün 5 mlrd. ABŞ dolları məbləğində vəsaitin ayıracağını bəyan edib. Bu, Çin istisna olmaqla, ADB-nin CAREC ölkələrində layihələrə ayırdığı ümumi maliyyə vəsaitinin təxminən 1/4-ni təşkil edir. ADB, Pakistanda CAREC çərçivəsində yol dəhlizinin inkişafı üçün 800 mln. dollar məbləğində yeni çox tranşlı maliyyə fondunu təsdiq edib. Gələn il, ADB, Türkmənistan-Əfqanıstan-Pakıstan (TƏP) ötürücü xətlər layihəsinin 150 mln. dollar dəyərində birinci fazasına vəsait ayıracaq. ADB "CAREC-2030" strategiyasında əhatə olunan aqrobiznes, turizm və dəmir yolları sahələrində regional layihələr ilə bağlı müzakirələrə artıq başlayıb.
ADB, CAREC proqramı üçün katiblik funksiyasını yerinə yetirir. Məcmu olaraq, CAREC proqramının 2001-ci ildə yaradılmasından sonra həmin proqram çərçivəsində 40 mlrd. dollardan artıq investisiya vəsaiti cəlb edilib. Bunun 1/3-dən artıq hissəsi və yaxud 10,5 mlrd. dollarını ADB, qalanını isə üzv hökumətlər və digər inkişaf tərəfdaşları təmin edib.
Bu günə qədər AREC maliyyəsi, regionun daxilində və xaricində əlaqələri və ticarəti gücləndirərək, 6 nəqliyyat dəhlizi üzərində 8592 km uzunluğunda yolların və uzunluğu 5103 km--dən olan dəmir yollarının tikintisi və təmiri üçün istifadə edilmişdir. Enerji ehtiyatları artıq olan Mərkəzi Asiya ölkələri və, Əfqanıstan və Pakistan daxil olmaqla, Cənubi Asiyada enerji çatışmazlığını yaşayan ölkələr arasında enerji ticarətinin artırılmasını dəstəkləyərək, uzunluğu 9041 kilometrdən artıq olan enerji ötürücü xətləri çəkilib.





