Malayziyada terror aktının hazırlığında şübhəli bilinən 17 nəfər saxlanılıb

Malayziyada terror aktının hazırlığında şübhəli bilinən 17 nəfər saxlanılıb
10:27 6 Aprel 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Malayziya hüquq-mühafizə orqanları tərəfindən ölkədə terror aktının hazırlığında şübhəli bilinən 17 nəfər saxlanılıb. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə polis rəisi Xalid Əbu-Bəkr bildirib. 
Onun sözlərinə görə, saxlanılanlar arasında bu yaxınlarda Suriyadan qayıdan 2 nəfər də var. Əbu-Bəkr vurğulayıb ki, hüquq-mühafizə orqanları Malayziyanı terrorçular üçün tranzit məntəqəsinə çevirməyə imkan verməyəcək.
Qeyd edək ki, hökumət antiterror qanun layihəsini hazırlayıb və parlamentin müzakirəsinə göndərib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/malayziyada-terror-aktinin-hazirliginda-subheli-bilinen-17-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR