Atletika ilə əlaqədar yeni proqramın icrasına start verildi

11:23 6 Aprel 2015
50 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC 
UK Sport və Britaniya Atletika Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə “Atletikada Liderlik və Mükəmməllik Proqramı 2017”yə (LEAP) start verilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, LEAP-2017 Londonun 2017-ci ildə yüngül atletika üzrə ev sahibliyi edəcəyi dünya atletika çempionatının beynəlxalq irs proqramıdır. Azərbaycan proqramın icrası üçün seçilmiş 10 ölkədən biridir. Seçimin əsas meyarlarından biri 2007-2012-ci illərdə dünyanın 20 ölkəsində həyata keçirilmiş “Beynəlxalq İdman Həyəcanı” proqramının uğurlu icrası olub. LEAP-2017-nin əsas məqsədi gənclər arasında fiziki aktivliyin və yüngül atletikaya olan marağın artırılması, orta ümumtəhsil və ali məktəblərdə atletikanın dəstəklənməsi və bu idman növü üzrə gənc məşqçilərin yetişdirilməsidir.
“LEAP-2017” layihəsinin birinci mərhələsi olaraq ötən həftə təlimatçı-məşqçilər üçün təlim kursları təşkil edilib. Kurslar Britaniya Atletika Federasiyasının peşəkar təlimçiləri Phil Amos və Stiv Nolan tərəfindən həyata keçirilib.
Təlimin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan 15 məşqçi və fiziki tərbiyə müəllimi üçün innovativ atletika üzrə təkmilləşdirilmiş məşqlərin, həmçinin müvafiq sahədə gənc təlimatçıların yetişdirməsindən ibarət olub.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə bildirib ki, bu layihəni həyata keçirməklə biz nəinki gənclərimiz arasında atletikaya marağı yüksəldir, həmçinin kütləvi idmanın və gənclərin liderlik bacarıqlarının artırılmasına nail oluruq. Ümidvaram ki, LEAP-2017 uğurlu və davamlı olacaq.
Britaniya Atletika Federasiyasının proqram rəhbəri Stuart Attvel bildirib ki, Azərbaycanda LEAP-2017 proqramına start verilməsi hamı üçün çox faydalıdır. O deyib: “Biz inanırıq ki, Azərbaycan Atletika Federasiyası və Milli Olimpiya Komitəsi arasında yaranmış əməkdaşlıq nəticəsində azərbaycanlı gənclərin peşəkar atletikaya həvəsi və bu idman növündə iştiraklılıq artacaq. Proqramın icrası üçün göstərdikləri köməyə görə bütün tərəfdaşlara, xüsusilə Azərbaycan Atletika Federasiyasına təşəkkür edirik”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Atletika_ile_elaqedar_yeni_proqramin_icrasina_start_verildi-843782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR