Azərbaycanda 50 kənd qar altında

Azərbaycanda 50 kənd qar altında
14:21 9 Yanvar 2015
204 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gündən yağan qar Cəlilabad rayonunda həyatı iflic edib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Cəlilabad-Yardımlı yolu tamamən bağlanıb.

Yolda hərəkət mümkünsuz hala düşdüyü üçün rayon mərkəzilə 50 kənd arasında əlaqə kəsilib.

Dünən axşam saatlarında qopan çovğun bir çox kəndləri işıqsız qoyub. Ucqar dağ kəndləri olan Adnalı, Babaxanlı, Şatırlı, Badamağacı və Buravar kəndlərinə elektrik enerjisinin verilməsi artıq 3 gündür dayandırılıb.

Axşam saatlarnda qar daha da intensivləşib. Ən son məlumatlara görə, yağan qarın hündürlüyü Cəlilabad rayonunun dağlıq ərazilərində 30, düzən ərazilərə isə 7 sm-ə çatıb.

Hazırda rayona qarın yağır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR