Dövlət Xidməti: Hesabat təqdim etməyən sığorta agentlərinin lisenziyası ləğv edilir

11:37 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 11:30 ]


Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda 900-dən artıq fiziki, 60-dan artıq fiziki şəxs sığorta agenti kimi qeydiyyata alınsa da, onlardan bir çoxu fəaliyyət göstərmir və ya fəaliyyətini dayandırıb.

 

APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən “Sığorta Agentlərinin III Milli Forumu”nda Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov deyib.

 

Onun sözlərinə görə, fəaliyyət göstərməyən və ya fəaliyyətini dayandıran agentlər bu barədə DSNX-nə heç bir məlumat təqdim etməyib: “Sığorta agentlərinin hər rüb hesabat təqdim etməsi ilə bağlı qərar qəbul olunub. Çox təəssüflər olsun ki, bu sahədə vəziyyət ürəkaçan olmadı. 800-ə yaxın sığorta agenti hesabat təqdim etsə də, 100-dən çoxu hesabat təqdim etmədi. Buna görə 46 sığorta agentinin lisenziyası ləğv edilib. 10 sığorta agenti lisenziyanın ləğv edilməsi ilə bağlı könüllü müraciət edib. 81 sığorta agentinə məktub göndərilib və onların fəaliyyəti altı aylıq dayandırılıb”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR