Regionlarda “İrəvan - bizim qala” adlı layihənin icrasına başlanılıb

Regionlarda “İrəvan - bizim qala” adlı layihənin icrasına başlanılıb
13:33 6 Aprel 2015
240 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İrəvan - bizim qala. 1-ci mərhələ” adlı layihənin icrasına start verib. Layihə Azərbaycanın Sabirabad, Biləsuvar, Ağstafa bölgələrində həyata keçirilir. Layihə çərçivəsində gənc nəslə İrəvan, Qərbi Azərbaycan haqqında, eləcə də qədim ata-baba torpaqlarımızın tarixi, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti barədə ətraflı məlumatlar verilir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə Sabirabad və Biləsuvar rayonlarında keçirilən açılış mərasimlərində çıxış edən layihə rəhbəri Nurəddin Mehdiyev görüləcək işlərdən danışıb. Qeyd olunub ki, layihənin məqsədi yeniyetmə və gənclərin Azərbaycan tarixi, qədim torpaqlarımız olan Qərbi Azərbaycan – İrəvan haqqında məlumatlılığın artırılması, tarixi həqiqətlərin internet məkanında tanıdılmasına xidmət etmək, gənc nəslin vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsidir. Layihə çərçivəsində gənclərə İrəvan tarixinə dair vizual görüntülü dərslər, Qərbi Azərbaycan tarixi haqqında maarifləndirici seminarlar, erməni yalanlarına qarşı sosial şəbəkələrdə fəaliyyət haqqında seminarlar keçirilir, İrəvan tarixi ilə bağlı foto və video materiallar nümayiş olunur.
Layihəyə ümumilikdə 6000 gəncin cəlb olunması nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Regionlarda_Irevan___bizim_qala_adli_layihenin_icrasina_baslanilib-843831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR