Arifə Hüseynli: “ABŞ Qubad İbadoğlunun Müsavatdan çıxarılma səbəbi soruşur, partiya bu sorğuya cavab vermir”

14:57 6 Aprel 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 14:52 ]


Bakı. Etibar Məmmədov - APA. “Çox maraqlı tendensiya yaranıb. İqtisadçı alim Qubad İbadoğlu Müsavat Partiyası başqanlığına namizəd olur. Partiyanın VIII Qurultayında seçkilərə qatılır, 200 səs alır. Bu da səslərin 46%-i edir. Ancaq Müsavat Partiyasının rəhbərliyi tərəfindən partiyadan çıxarılır. ABŞ bu sualı qoyur, amma partiyadan sorğuya cavab yoxdur”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ali Məclisinin katibi Arifə Hüseynli deyib.

 

Onun sözlərinə görə, hazırda Müsavat Partiyasında baş verənlər anlaşılmazdır: “Siyasətdə Vurğun Əyyubun danılmaz mövqeyi var. Düzdür, Vurğun Əyyubun Müsavat Partiyası Məclisinin sərbəst Məclis üzvləri haqda bəzi fikirləri olub. Buna baxmayaraq, Vurğun Əyyub Müsavat Partiyası Məclisinin sərbəst Məclis üzvlüyündən çıxarılır. Tural Abbaslı Müsavat Partiyası başqanlığına namizəd olur. Partiyanın VIII Qurultayında seçkilərə qatılıb 19 səs alır. Amma səs baryerini aşıb, Müsavat Partiyası Məclisinin üzvü seçilə bilmir.”


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378559

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR