İlham Əliyev Ciddəyə gedib

İlham Əliyev Ciddəyə gedib
15:21 6 Aprel 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev paytaxt Ər-Riyaddan Ciddə şəhərinə gəlib.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində paytaxt Ər-Riyadda görüşlərini başa çatdıran prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 6-da Ciddə şəhərinə gəliblər.

Ciddə şəhərinin beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı və xanımı Ciddə şəhərində yüksək qonaqpərvərliklə qarşılanıblar.

Qeyd edək ki, prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naim, Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil,
Kral Salman bin Əbdüləziz Əl Səudla görüş keçirib.

Prezidentin səfəri rəsmi xarakter daşıyır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=336158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR