Kanada Rusiyanın 30 vətəndaşına qarşı sanksiya tətbiq edib
Paylaş
·73 baxış·1 dəq oxu
Bakı. 3 noyabr. REPORT.AZ/ Kanada Rusiyanın 30 vətəndaşına qarşı sanksiya tətbiq edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb. Sanksiyalar Venesuela və Cənubi Sudan vətəndaşlarına da qarşı tətbiq edilib. Siyahıda, ümumilikdə, 52 nəfərin adı var.