​Xaçmazdakı "Qafqaz Konserv Zavodu" fəaliyyətini dayandırıb

​Xaçmazdakı "Qafqaz Konserv Zavodu" fəaliyyətini dayandırıb
16:02 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ "Azərsun Holdinq"in Xaçmaz rayonunda əsasən tərəvəz məhsullarının emalı ilə məşğul olan "Qafqaz Konserv Zavodu" MMC fəaliyyətini dayandırıb. "Report"a daxil olan məlumata görə, zavodda əməkdaşlara işin yenidən mayın 15-dən bərpa olunacağı bildirilib. Hazırda işsiz qalan zavod əməkdaşları bundan öncə belə bir vəziyyətin olmadığını qeyd edirlər.
Məsələ ilə bağlı "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək Departamentinin müdiri Afiq Səfərov bildirib ki, mövsümlə əlaqədar olaraq hər il zavodda texniki normativ tələblərə uyğun sazlanma-baxım işləri aparılır: "Bizim emal etdiyimiz məhsullar 100% təbii məshullardan hazırlanır. Hazırda heç bir meyvənin mövsümü olmadığından 1 ay-40 gün zavodun həcmindən asılı olaraq karantin müddəti olur. Həmin dövr ərzində mövsümü hazırlıq işləri gedir, müəssisənin bütün mexanizmləri təmizlənir. Bir azdan pomidor mövsümü başlayacaq, ona hazırlıq gedir".
A.Səfərov əlavə edib ki, qəbul edilən qərara görə, daxili istehsalı artırmaq üçün zavod 24 saat fasiləsiz işləyəcək və hamıdan məhsul qəbul etməyə çalışacaq.
Qeyd edək ki, "Qafqaz Konserv Zavodu" MMC bazara mal əti konservləri, kompotlar, mürəbbələr, kürü, turşu, digər konserv məsulları təqdim edir.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/xacmazdaki-qafqaz-konserv-zavodu-fealiyyetini-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR