İstanbulda keçiriləcək XVIII Avrasiya İqtisadi Zirvəsinə informasiya dəstəyi verən media qrupuna AZƏRTAC da daxildir

15:13 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


İstanbul, 6 aprel, AZƏRTAC
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə aprelin 8-də İstanbulda XVIII Avrasiya İqtisadi Zirvəsi işə başlayacaq.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) XVIII Avrasiya İqtisadi Zirvəsinə informasiya dəstəyi verən media sponsorları qrupuna daxildir.
İki gün davam edəcək Zirvədə 50 ölkədən dövlət və hökumət rəhbərləri, hökumət üzvləri, digər rəsmi şəxslər, diplomatlar, deputatlar, keçmiş dövlət və hökumət başçıları iştirak edəcəklər.
Sammit çərçivəsində “İpək yolu: iqtisadi, enerji və maliyyə”, “Sülhə gedən yol”, “İnsanlıq hara gedir?” mövzuları üzrə ayrı-ayrı bölmələrdə müzakirələr aparılacaq.
Xatırladaq ki, 2014-cü ilin fevralında İstanbulda keçirilmiş XVII Avrasiya İqtisadi Zirvəsi çərçivəsində TANAP, TAP və “Şahdəniz-2” layihələrinin əhəmiyyəti, o cümlədən İpək yolunda regional və qlobal miqyasda enerji və kommunikasiya layihələri, davamlı inkişaf, iqtisadi inkişafda informasiya texnologiyalarının rolu məsələləri müzakirə olunub.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov XVII Sammitdə iştirak edib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbulda_kechirilecek_XVIII_Avrasiya_Iqtisadi_Zirvesine_informasiya_desteyi_veren_media_qrupuna_AZARTAC_da_daxildir-843890

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR