"BMW X4", "X5", "Z4" sürənlərə pis xəbər

"BMW" şirkəti Şimali Amerikada 1 milyona yaxın avtomobilini geri qaytaracaq.

Metbuat.az bildirir ki, buna səbəb avtomobillərdə yanğına səbəb ola biləcək tez isinmə problemidir. İlk geri qaytarma prosesi 2006-2011-ci illərdə istehsal edilən U.S. seriyalı avtomobillər üçün nəzərdə tutulub.

Geri çağırılan avtomobillər arasında "X3", "X5" ve "Z4" modellərinə də rast gəlinir.

Qeyd edək ki, şirkət digər ölkələrdə də avtomobillərin geri qaytarılacağını istisna etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR