Azərbaycanın triatlon üzrə komandası Kiprdən iki bürünc medalla qayıdıb

Azərbaycanın triatlon üzrə komandası Kiprdən iki bürünc medalla qayıdıb
16:38 6 Aprel 2015
44 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycanın Triatlon üzrə komandası Kiprin Ayanapa şəhərində keçirilən beynəlxalq turnirində uğurla çıxış edib.
AZƏRTAC Azərbaycan Triatlon Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, bu yarışda ölkəmizi Kseniya Levkovskaya və Aleksandr Yatsenko təmsil ediblər. Yarışa qələbə əzmi ilə çıxan idmançılarımız turnirin bürünc medallarını qazanıblar.
Qeyd edək ki, hər iki idmançı aprelin 19-da İspaniyada keçirilən Avropa kuboku turnirində iştirak etməyə hazırlaşır. Buna görə də Ayanapada keçirilən yarış onlar üçün yoxlama xarakteri daşıyırdı.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_triatlon_uzre_komandasi_Kiprden_iki_burunc_medalla_qayidib-843907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR