Hava limanında avtobus dayanacağı qoyuldu

Hava limanında 2-ci terminalın qarşısında da avtobus dayanacağı qoyulub.

"BakuBus" MMC-dən Metbuat.az-a verilən məlumata görə, 2017-ci il oktyabrın 29-dan etibarən “Buta Airways” şirkətinin uçuşlarını Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçirməsi ilə əlaqədar olaraq, "BakuBus"a məxsus hava limanı ekspress xəttinin avtobusları üçün 2-ci terminalın qarşısında əlavə dayanacaq təşkil olunub. Artıq sərnişinlər həm 1-ci, həm də 2-ci terminalların qarşısından ekspress xəttin xidmətlərindən istifadə edə bilər.

Qeyd edək ki, avtobuslar 06:00-dan 20:00-dək yarım saatlıq, 21:00-dan 06:00-dək isə bir saatlıq intervalla Heydər Əliyev Beynəlxalq Hava Limanı və Bakı Dәmir Yolu Vağzalı istiqamətində hərəkət edir.

"Zaqatala Fındıq" səhmdar cəmiyyəti satışa çıxarıldı - Hərrac - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR