​Bu il "Darvin bankası" yatağında yeni özül quraşdırılacaq

18:12 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Məlumata görə, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı “Neftqaztikinti” Trestidir. 14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özüldə müasir qazma avadanlığı, 37 nəfərlik vaqon tipli yaşayış evləri, yükqaldırma qabiliyyəti 25 ton olan iki qaldırıcı kran, yanğından və korroziyadan mühafizə sistemləri, eləcə də digər zəruri avadanlıqlar quraşdırılacağı, bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə dizel elektrik generatorları yerləşdiriləcəyi deyilir.
Məlumata görə, inşaat və istismar müddətində özüldə ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.
Qeyd edək ki, özülün tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. Bu özüldən qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/bu-il-darvin-bankasi-yataginda-yeni-ozul-qurasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR