“Heydər Əliyev irsini öyrənirik” mövzusunda intellektual yarış başlanıb

“Heydər Əliyev irsini öyrənirik” mövzusunda intellektual yarış başlanıb
18:23 6 Aprel 2015
208 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
“Heydər Əliyev irsini öyrənirik” mövzusunda intellektual yarışa start verilib.
Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbdə keçirilən açılış mərasimində layihənin mahiyyəti və intellektual yarışın qaydaları barədə geniş məlumat verilib.
Qeyd olunub ki, “Heydər Əliyev irsini öyrənirik” intellektual yarış layihəsi ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin gənclər tərəfindən daha dərindən öyrənilməsi və gənclərin intellektual inkişafına xidmət etmək məqsədi daşıyır.
Sonra yarışın birinci mərhələsi başlanıb.
Bakıdakı müxtəlif ali məktəblərdən yarışa qatılan 200-dək tələbə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən suallara cavab verərək biliklərini sınayıblar.
İntellektual yarış Yasamal Rayon Gənclər və İdman İdarəsi, BDU-nun intellektual oyunlar klubu və tələbə gənclər təşkilatı, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Gənclər Birliyi, Xəzər İntellektual Oyunlar Klubu ilə birgə keçirilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_irsini_oyrenirik_movzusunda_intellektual_yaris_baslanib-843958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR