Ronaldu karyerasında ilk dəfə bir oyunda beş qol vurub

18:33 6 Aprel 2015
43 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Madridin “Real” komandasının futbolçuları öz meydanında İspaniya çempionatı çərçivəsində keçirilən oyunda “Qranada” komandasını 9:1 hesabı ilə məğlub ediblər.
AZƏRTAC xəbər verir ki, qaliblərin heyətində portuqaliyalı Kriştianu Ronaldunun oyunu çox gözəl olub. O, qarşı tərəfin qapıçısını beş dəfə (30, 36, 38, 54, 90-cı dəqiqələrdə) kədərləndirməyə müvəffəq olub.
Ronaldu 24-cü het-trikini İspaniya birinciliyində edib və rekord göstəriciyə görə “Barselona”nın hücumçusu Lionel Messi ilə bərabərləşib. Bu, portuqaliyalı futbolçunun karyerasında, o cümlədən yığma və klub çərçivəsində 31-ci het-trikdir. Kriştianu Ronaldu həmçinin “Real”ın oyunçusu kimi Alfredo Di Stefano ilə ən çox het-triklərin sayına görə (28) müqayisə olunur.
Kriştianu Ronaldu 36 qol ilə İspaniyda cari mövsümdə Lionel Messini (32) bombardirlər sırasında ötüb. “Real” üçün bu qələbə son 48 ildə ən böyüyüdür. 1967-ci il sentyabrın 17-də madridlilər bu hesabla “Real Sosyedad”ı məğlub ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ronaldu_karyerasinda_ilk_defe_bir_oyunda_bes_qol_vurub-843970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR