Masallıda tərəvəz məhsulları istehsalında artım gözlənilir

Masallıda tərəvəz məhsulları istehsalında artım gözlənilir
19:08 6 Aprel 2015
534 Ölkə
Ölkə mətbuatı
A- A+


Masallı, 6 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallıda yazlıq əkin kampaniyasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, əsasən pomidor, badımcan, xiyar, bibər, soğan və sarımsaq əkini ilə məşğul olan fermerlər və məhsul istehsalçıları istixana şəraitində becərdikləri şitilləri sahələrə köçürürlər.
Ötən il sahələrdən bol məhsul götürdüklərini deyən fermerlər, bu il hava şəraitinin soyuq keçməsi səbəbindən əkin kampaniyasının bir ay gecikməsinin məhsuldarlığa və bazarda qiymətlərə təsir edəcəyini bildirirlər. Məhsul yığımının bir aya yaxın gecikməsi onların gəlirlərinin aşağı düşməsinə səbəb ola bilər. Belə ki, aprel ayının sonu, may ayının əvvəlində bazara çıxardıqları tərəvəz məhsullarının bir kiloqramını 1-2 manat arasında satan fermerlər, bu il qiymətlərin daha tez aşağı düşəcəyi qənaətindədirlər. Onların fikrincə, istixana şəraitində yetişdirilən məhsulların gecikməsi və açıq sahələrdə əkilən tərəvəzin bazarlara eyni vaxtda çıxarılması qiymətlərin aşağı düşməsinə səbəb olacaq.
Ötən il Masallıda 2547 hektar sahəyə tərəvəz əkilib və 61 min 175 ton tərəvəz məhsulları istehsal olunub. Bu il isə əkin sahəsi genişləndirilərək 2700 hektara çatdırılıb. Məhsul yığımı mövsümündə rayonda 65 min tona yaxın tərəvəz məhsullarının istehsalı nəzərdə tutulub.
Qeyd edək ki, Masallıda tərəvəz əkini əsasən rayonun Muğan zonasında aparılır. Sahələrdən yığılan müxtəlif növ tərəvəz məhsulları paytaxt Bakıya və respublikanın ayrı-ayrı bazarlarına çatışa çıxarılır.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masallida_terevez_mehsullari_istehsalinda_artim_gozlenilir-843984

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR